Sosial darvinizmin ən qızğın tərəfdarları arasında kommunistlər hər zaman önəmli yer tutmuşdur.
"Ərəb sosializmi" nə deməkdir? Sosial darvinizm ərəb sosializminin yaranmasına və yayılmasına necə səbəb olmuşdur? Milyonlarla məzlum insanın ölməsinə səbəb olan bu ideologiya ərəb ölkələrinə necə sızmışdır?
Darvinist-kommunist fikir sisteminin ərəb xalqı üzərindəki dağıdıcı təsiri nələr olmuşdur?
Cənab Adnan Oktarın bu mövzu haqqındakı açıqlamaları nələrdir?
Dünyada böyük təsir yaradan "Yaradılış Atlası" adlı əsəri və digər əsərləri milyonlarla insan tərəfindən oxunan cənab Adnan Oktar, Allah'ın izni ilə, hansı önəmli hadisələrə səbəb olmuşdur?
Sosial darvinizmin ən qızğın tərəfdarları arasında kommunistlər hər zaman önəmli yer tutumuşdur. Darvinizm və kommunizm arasındakı bu əlaqə hər iki “izm”in qurucularına qədər gedib çıxır. Kommunizmin qurucuları Marks və Engels, Darvinin “Növlərin mənşəyi” adlı kitabı yayımlanan kimi oxumuş və kitabdakı “dialektik materializm” yanaşmasına heyran olmuşlar. Marks və Engels arasındakı məktub yazışmaları hər ikisinin də Darvinin nəzəriyyəsini “kommunizmin təbiət elmləri baxımından əsası” kimi qəbul etdiyini göstərir. Belə ki, Engels Darvinin də təsiri ilə qələmə aldığı “Təbiətin Dialektikası” adlı kitabında Darvinə heyranlığını bildirmiş və “meymundan insana keçiddə əməyin rolu” adlı bölmədə təkamül nəzəriyyəsinə öz düşüncəsinə görə əlavələr etməyə çalışmışdır.
Georgi Plekhanov
Marks və Engelsin yolunu izləyən Plexanov, Lenin, Trotski və Stalin kimi rus kommunistlərinin hamısı Darvinin təkamül nəzəriyyəsini mənimsəyiblər. Rus kommunizminin qurucusu sayılan Plexanov "marksizm, darvinizmin sosial elmlərə tətbiq olunmasıdır" sözü ilə məşhurdur.[i]
Trotski isə "darvinizm dialektik materializmin ən böyük zəfəridir"şəklində açıqlama vermişdir.[ii]
Kommunist cəmiyyətlərin meydana gəlməsində "darvinizm təliminin"böyük rolu var. Məsələn, Stalinin gəncliyində dindar ikən Darvinin kitabları ilə ateist olduğu da tarixçilər tərəfindən bildirilən bir həqiqətdir.
Kommunist rejimi Çində quran və milyonlarla insanı qətl edən Mao isə qurduğu bu nizamın fəlsəfi əsasını təşkil edən "Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə əsaslanır"deyərək mənimsədiyi üslubu açıq-aşkar elan etmişdir.[iv]
Qısacası, təkamül nəzəriyyəsi ilə kommunizm arasında möhkəm əlaqə var. Təkamül nəzəriyyəsi canlıların təsadüf məhsulu olduğunu iddia etməklə ateizmə “elmi” zəmin hazırlamışdır. Tamamilə ateist ideologiya olan kommunizm də bu səbəbdən darvinizmə bağlıdır. Məhz darvinist-materialist düşüncə üzərində qurulan kommunizmin 20-ci əsr boyu təkcə ərəb torpaqlarında milyonlarla şəxsi qətl etdiyini düşünsək, darvinizmin dünyaya gətirdiyi fəlakətin ölçüsünü daha yaxşı bilmək mümkün olur.
20-Cİ ƏSRDƏ MÜSƏLMANLARIN VƏZİYYƏTİ
Yer üzündəki son İslam Birliyi böyükOsmanlı İmperiyası idi. Onun süqutundan sonra İslam dünyası irili-xırdalı dövlətlərə bölündü. Bu dövlətlər çox uzun müddət qərb dövlətlərin müstəmləkəsi oldular. 1920-ci illərdən etibarən, bütün Yaxın Şərq, Şimali Afrika, Hindistan yarımadası və Sakit okean ətrafında yaşayan müsəlmanlar İngiltərə və Fransa başda olmaqla, avropalı müstəmləkəçi dövlətlərin hakimiyyəti altına keçdilər. Orta Asiya və Qafqazdakı müsəlmanlar daha qatı bir idarəçiliyin, Sovet rus diktatorluğunun hakimiyyətində idilər. Balkan müsəlmanları isə serblər və xorvatlar kimi qeyri-müsəlman xalqların idarəçiliyi altına girdilər.
Qısacası, 20-ci əsrdə dünya müsəlmanlarının böyük əksəriyyəti müstəmləkə vəziyyətində idi. 2-ci Dünya Müharibəsindən sonra bu müsəlman ölkələrdəki rəhbərlik bir də kommunist ideologiya mənimsəyərək İslam əleyhdarı bir sistemə çevrildilər. 1950-ci illərdə müstəqilliklərini qazanan İslam ölkələrinin bəzilərində İslam əxlaqının əsasındakı dəyərlərə zidd olan ideoloji axınlar gücləndi. 1950-ci və 60-cı illərdə ərəb dünyasına dərindən təsir edən ərəb sosializmi bunun bariz nümunəsi idi.
OSMANLININ ARDINCA ƏRƏB DÜNYASINDA İNKİŞAF EDƏN ƏRƏB SOSİALİZMİ
Camal Əbdül Nasir müsəlman xalqa təzyiq göstərən bir rəhbərlik anlayışı ortaya qoydu
Ərəb sosializmi qatı millətçilik və fanatik üçüncü dünya solçuluğunu birləşdirən və əsas olaraq da Sovet İttifaqından dəstək alan bir hərəkat idi. Sovet tipli kommunizmin bir az yüngüləşdirilmiş variantını qatı ərəb millətçiliyi ilə birləşdirən ərəb sosializmi əvvəl Misirdə iqtidara gəldi. Misir kralını devirən zabitlərindən olan Camal Əbdül Nasir qısa vaxtda müsəlman xalqa təzyiq göstərən bir rəhbərlik anlayışı ortaya qoydu. Suriya və İraq daMisirin yolunu izlədi. Bütün bu ölkələrdə solçu rejimlər qanlı inqilablarla iqtidarı ələ keçirdilər. Ərəb sosialistlərinin proqramında sülh, təhlükəsizlik mühiti, rahatlıq kimi anlayışlar yox idi. Əksinə marksist ideologiyanın təməlindəki qarşıdurma anlayışı onlar üçün daha vacib idi. Bu mühitdə ərəb dünyasındakı gərginlik getdikcə artırdı
“Pax-Ottomana”nı (Osmanlıdakı sülh mühiti) təmin edən əsas xüsusiyyət olan İslam Birliyi bölgədən silinərkən ərəb irqçiliyi daha da inkişaf etdirildi. Ərəblər də öz aralarında bölündülər. Beləliklə, 20-ci əsrin əvvəlində Osmanlı İmperiyasının süqutunun ardınca Yaxın Şərqdə və Şimali Afrikada yaşayan müsəlman ərəb xalqları sahibsiz qaldılar. Daha əvvəl xəlifədən asılı olan ərəb dünyasında xəlifəlik sisteminin ləğv olunması ilə süni krallıqlar ortaya çıxdı. Xüsusilə, 1-ci Dünya Müharibəsi vaxtı Osmanlıya qarşı “Ərəb qiyamı”nı başladan Məkkə Şərifi Hüseynin ailəsi bu krallıqların başına keçdi. İki dünya müharibəsi arasındakı bu dövrdə müsəlman torpaqları müstəmləkəçi Avropa dövlətlərinin nüfuz sahəsinə çevrildi. Bir tərəfdən də ateist sionistlər İsrail dövlətini qurmaq üçün şiddət mühitini artırırdılar. Terrorist hərəkatlar, siyasi sui-qəsdlər, bombardmanlar bir-birinin ardınca baş verirdi. Bölgə müharibə meydanına çevrilmişdi. Ərəb ziyalıları və dövlət idarəçiləri siyasi nüfuzlarını artırmaq üçün yeni bir hədəf götürdülər: Müsəlman xalqı İslam dinindən uzaqlaşdırmaq və yerinə liderləri ətrafında toplanan süni ideologiyalar qoymaq...
DARVİNİST, KOMMUNİST FİKRİ SİSTEMİ ƏRƏB ÖLKƏLƏRİNDƏİQTİDARI NECƏ ADDIM-ADDIM İRƏLİ KEÇİRDİ?
İnzibati addım: Osmanlının devrilməsi ilə 2-ci Dünya Müharibəsi arasındakı dövrdə müstəmləkəçi Fransa və İngiltərə, Əl-Cəzair, Misir, Tunis, İraq, Suriya və Livan üzərində ciddi təzyiq sistemi qurdu. Digər tərəfdən də, İtaliya və Almaniya Liviya və Efiopiya kimi müsəlman ölkələrdəki xalqı əzirdi. Bu dövrdə dindarların üzərində ciddi təzyiq qurularkən, yeni nəsil ziyalılar və dövlət idarəçiləri Avropada darvinist-materialist təlimdən keçirilirdi. Məqsəd əvvəl ərəb ölkələrinin rəhbərlərini, ardınca da xalqı İslam əxlaqından uzaqlaşdırmaq və bunun sayəsində müstəmləkə sistemini qorumaq idi. Avropada verilən kommunist və darvinist təlim müsəlman ərəb dünyasında kommunist, din əxlaqından uzaq bir degenerasiya və ideologiyaların ortaya çıxması ilə nəticələnəcəkdi.
Hərbi addım: 2-ci Dünya Müharibəsinin Avropa dövlətlərinin iqtisadi böhranı ilə nəticələnməsinin ardınca bölgədə soyuq müharibənin və beləliklə də iki dünyanın iki böyük qütbünün nüfuz mübarizəsi və ərəb ölkələri arasında da kommunist bir hərəkat başladı. Bu axınlar bir tərəfdən ərəb millətçisi ifadəsini yayarkən, bir tərəfdən də kommunist-sosialist bir rəhbərlik nizamı qurmaq istəyirdilər. Kommunist ideologiya xüsusilə orduların inzibati qurumlarında özünə tərəfdar tapdı. Çünki ərəb ölkələrinin orduları da müstəmləkəçilik dövründə Avropada darvinist-materialist təlimdən keçmiş və İslam dinindən uzaqlaşdırılmış heyətlərdən ibarət idi.
İhtilal Aşaması: Ərəb sosialist-kommunist hərəkatı 1970-ci illərə qədər bir çox qiyam ilə rəhbərliyi ələ keçirdi. Misirdə Camal Əbdül Nasir, Liviyada Alba Qəddafi, İraqda General Həssən əl Bəkirin ardınca Səddam Hüseyn, Suriyada Ərəb sosialist BƏƏS partiyası və Hafiz Əsəd ilə birlikdə ərəb sosializmi mərhələsi başladı. Bu qiyamlarla birlikdə ərəb dövlətləri kommunistləşdirildi. Kommunist hərəkat İraq və Suriyada BƏƏS partiyası adını aldı və on illərlə davam edən iqtidarı müddətində kommunist heyətlər dövlət, ordu, bürokratiya və təhsil sistemi içində yerləşdilər.
Səddam Hüseyn 1988-ci ildə İraqın şimalındakı Hələb kəndini hakimiyyətinə təslim olmaması səbəbindən kimyəvi silahlarla vurdu. Kənddə yaşayan 5000 kürd vətəndaş kimyəvi silahın yandırıcı təsiri ilə faciəvi şəkildə can verdi.
- Darvinist-kommunist təhsilin ərəb torpaqlarında tədris edilməyə başlanması: Soyuq müharibə dövründə ərəb dövlətlərindəki kommunist rəhbərlər Sovet İttifaqı ilə yaxınlaşdılar. Rus ideoloqlar daha əvvəl Avropa torpaqlarında verilən darvinist, materialist, kommunist təlimi bu dəfə ərəb ölkələrinə daşıdılar. 30-40 il davam edən təlim nəticəsində xalqı müsəlman olan, amma dini qurumları yox edilmiş və İslam əxlaqının yerini şiddətə əsaslanan kommunist rejimin aldığı ölkələr ortaya çıxdı.
Darvinist-kommunist fikir sisteminin ərəb xalqı üzərindəki sarsıdıcı təsiri
20-ci əsrin ikinci yarısından etibarən müsəlman ərəb xalqları darvinist-kommunist rejimlər və təşkilatlar tərəfindən idarə ediliblər. Bu dövrdə fərqli ölkələrdəki ərəb xalqları müharibələr, etnik qırğınlar, terrorist hərəkatlar və ya dövlətin təzyiqi altında yaşamaq məcburiyyətində qalıblar.Bir-birinin ardınca gələn kommunist qiyamlar qeyri-sabitlik və yoxsullaşma ilə nəticələnmişdir. Səmimi müsəlman xalq böyük neft gəlirlərinə baxmayaraq, hər keçən gün daha da yoxsullaşarkən, yuxarı təbəqə və dairələr zənginləşmişdir.
Ərəb kommunizmi digər kommunist rejimlər kimi hər cür zorakılığı istifadə edərək gücü əlində tutmuş və saxta ərəb millətçiliyi maskası geyinmişdir. Bölgədə Osmanlı dövründə İslam əxlaqı vasitəsilə yaşanan sevgi, şəfqət və mərhəmət mühitinin yerini kommunizmin vəhşiliyi, zorakılığı almışdır.
Yaxın Şərq Osmanlının hakimiyyəti dövründə bugünkündən fərqli olaraq, olduqca sakit və sabit bir bölgə olmaq xüsusiyyətini qorudu. Osmanlının 20-ci əsrin əvvəlində bölgədən ayrılması isə yeni bir gücün bölgəyə girməsi mənasına gəlirdi. Ateist, sionist liderlər müqəddəs torpaqlara qovuşa bilmək üçün Osmanlının bölgədən çıxarılmasının vacib olduğu mövzusunda həmfikir idilər. Bu hədəf istiqamətində aparılan ilk əməliyyatlar satın alınan ərəb liderləri dövrünün ilk örnəklərini meydana gətirdi. Yaxın Şərqdə müqəddəs torpaqların nəzarətdən kənar qalması uğrunda ilk üsyanlar, müharibələr və ssenarilər ortaya çıxdı. Bölgədəo gündən indiyə qədər sabitsizlik, hüzursuzluq bitmədi, qan və gözyaşı sona çatmadı...
Ərəb dünyasının kommunist liderləri
1.İraq- Səddam Hüseyn
Səddam rəhbərliyinin İrana qarşı başladığı müharibənin sonunda İraqın 17 milyonluq əhalisindən 1 milyonu ölmüş və yaralanmışdır. Xalqın 1 milyonundan çoxu da ölkəni siyasi və iqtisadi səbəblərlə tərk etmək məcburiyyətində qalmışdır. İraq illərlə davam edən bu müharibə nəticəsində bir xarabalığa dönmüşdür.
Səddam Hüseyn kommunist və stalinist BƏƏS partiyasının öndə gələn bir xadimi idi. Bu partiyanın üzvü olaraq darvinizmi və materializmi hədəf götürənhərbi təlim almışdır. Ardınca partiya daxili bir inqilabla İraqda rəhbərliyi ələ keçirmişdir.Həssən əl-Bəkir qiyamdan sonra hökumətdə rəhbərin köməkçisi və İnqilab Komitə Şurasının sədri ikən 1979-cu ildə rəsmi olaraq hakimiyyəti ələ keçirmişdir. Ardınca BƏƏS partiyası rəhbərliyinin 68 sədrini xəyanətlə günahlandıraraq həbs etmiş və ardınca 22-ini asmışdır. Bu qanlı partiyadaxili inqilabla ölkə idarəçiliyində tək səlahiyyətli olmuşdur. Səddam sosial-darvinist olan Camal Əbdül Nasiri örnək almış və özünü sosialist inqilabçı olaraq göstərmişdir.
1980-ci ildə 8 il davam edən İraq-İran müharibəsini başlatmış, 1991-ci ildə də Küveyti işğal edərək Körfəz müharibəsini başlatmışdır. Hər iki müharibə milyonlarla müsəlmanın ölümü ilə nəticələnmişdir. Həmçinin, Şimali İraqdakı Hələb kəndinə qarşı kimyəvi silahlarla təşkil etdiyi və on minlərlə məsum müsəlmanın ölümü ilə nəticələnən hücum Səddam rejiminin insanlıqdan kənar cinayətlərindən sadəcə biridir. Səddam Hüseyn həmçinin Körfəz müharibəsindən sonra on minlərlə şiənin ölümü ilə nəticələnən qırğının da səbəbkarıdır.
2.Liviya- Müəmmər əl- Qəddafi
Müəmmər əl- Qəddafi
Avropada darvinist-materialist təhsil almış başqa bir ərəb lideridir. Müəmmər əl-Qəddafi darvinizmin mərkəzi olan İngiltərədə təhsil almış və 1969-cu ildə bir qrup aşağı rütbəli əsgərlə birlikdə inqilab edərək kral 1-ci İdrisi hakimiyyətdən uzaqlaşdırmışdır. Qəddafinin sədri olduğu İnqilab Komitə Şurası təxminən 40 il ölkəni idarə etmişdir. 2011-ci ildə Liviya vətəndaş müharibəsi nəticəsində rejim devrilmiş və Qəddafi öldürülmüşdür.
3.Fələstin – George Habash
George Habash
Darvinist, marksist və leninist xadimdir. Qurucusu olduğu Fələstin Xalq Qurtuluş Cəbhəsi, Fələstin Qurtuluş Təşkilatının kommunist ideologiya istiqamətində hərəkət edən alt qurumudur. 70-ci və 80-ci illərdə reallaşan bir çox terrorist hücumun, təyyarə qaçırma hadisələrinin səbəbkarıdır. Qara Sentyabr olaraq adlandırılan Fələstin-İordaniya müharibəsinin də səbəbkarıdır, Liviyanın dünyanın dörd tərəfindən gələn kommunist xadimlərinin təhsil yerinə çevrilməsinə şərait yaratmışdır.
Fələstin Qurtuluş Təşkilatı
İlk mərhələdə marksist, leninist bir sistem olaraq qurulmuşdur. Bu səbəbdən uzun illər terror təşkilatı olaraq qəbul edilmişdir. Solçu olan, sovetlərdən və sosialist ərəb dövlətlərindən aldığı dəstəklə varlığını qoruyan bir təşkilat idi.
Eyni şəkildə 1959-cu ildə Yasər Ərəfatın rəhbərliyində qurulmuş Əl-Fətih də kommunist ideologiya istiqamətində hərəkət edən və darvinist-materialist quruluşu ilə diqqət çəkən bir təşkilat idi. 1968-ci ildə Fələstin Qurtuluş Təşkilatı içində təsirli olmağa başlayan Əl-Fətih partizan yetişdirərək terrorist fəaliyyətlər üçün hazırlıq görmüşdür. Belə ki, 1971-ci ildə Əl-Fətih təşkilatından qopan Qara Sentyabr adındakı partizan qrup aldıqları darvinist-materialist təlqinlər nəticəsində 1972-ci ildə təşkil edilən Münhen olimpiadalarında əsir aldıqları 11 idmançını amansızca öldürmüşdür.
Ancaq son zamanlar istər Fələstin Qurtuluş Təşkilatının, istərsə də Əl-Fətih içindəki darvinist, leninist üslubun tərk edilməsi ilə birlikdə hər iki sistem də məsum müsəlman xalqın qorunması üçün mühüm tədbirlər görmüşdür.
4.Suriya- Hafiz Əsəd
Qadınlara təcavüz, ölənə qədər döymə, ayaqlarından tavana asma kimi vəhşi işgəncə üsulları tətbiq edən Hafiz Əsəd rəhbərliyi bununla yanaşı, evlərə, məscidlərə hücumlar, təcavüzlər və təhqirlərlə müsəlman xalqı əzməyə cəhd etmiş və bunda uğur qazanmışdır.
Suriya BƏƏS partiyasının kommunist lideridir. Sovetlər Birliyində darvinist-materialist təhsil almışdır. Hava Qüvvələri Komissarlığı və Müdafiə Nazirliyində xidmət etdikdən sonra 1970-ci ildə partiya içində inqilabla iqtidarı ələ keçirmişdir. Rəhbərliyə gəlməsindən sonra Sovetlər Birliyi ilədostluq quran Əsəd rejimi hər zaman kommunist Rusiyadan böyük dəstək almışdır. Rəhbərliyi dövründə dövlət terroru ilə hakimiyyəti əlində saxlamağı bacarmışdır. Özünü Sosialist Xalq Demokratiyası olaraq tanıdan təzyiqçi Hafiz Əsəd rejimi Suriyanı qısa müddətdə zülm və zorakılıq ölkəsinə çevirdi. Bütün siyasi partiyalar bağlandı. Ərəb sosialist BƏƏS partiyasının müdafiə etdiyi sosialist ideologiyadan başqabütün fikirlərin müdafiə edilməsi qadağan olundu. Bütün İslami hərəkatlara məhdudiyyət qoyuldu. Bu hərəkatların liderləri həbs olundu, çox şiddətli işgəncələr altında həyatlarını itirdilər. Beynəlxalq İnsan Hüquqları Təşkilatlarının hesabatlarında Əsəd dövründə Suriya müsəlmanlarının böyük təzyiq və zülm gördükləri, müsəlman qadınlara təcavüz edildiyi, kişilərin inanılmaz işgəncə üsullarına məruz qaldıqları qeyd olunmuşdur. Hafiz Əsəd üsulu bununla yanaşı evlərə və məscidlərə hücumlar, təhqirlər, heç bitməyən təcavüzlərlə müsəlman xalqı əzməyi hədəf götürmüş və bunda uğur qazanmışdır.
Həmçinin, 1982-ci ildə bəzi şübhəli sui-qəsdlər bəhanə edilərək, Suriya Gizli Xidməti ölkədəki müsəlmanlar və Müsəlman Qardaşlar Təşkilatınaqarşı əməliyyatlara başlamışdır. Hafiz Əsədin əmri ilə başlayan bu əməliyyatlarda 150.000-200.000 arasında vətəndaşın qətl edildiyi hesablanmışdır. Bir çox beynəlxalq kommunist terrorist təşkilatlar Hafiz Əsəd rejimi dövründə ölkəyə sığınıbideoloji dəstək alıblar. Abdullah Öcalan və PKK da bu dəstəyi almışdır.
Hafiz Əsəd vəqardaşı Rifad Əsəd 1982-ci ildə Suriyanın Hama və Humun şəhərlərində 40 min müsəlmanı qətl etmişlər. Qırğında 27 gün ateist-sionist İsrailin istifadə edildiyi terror metodları istifadə edildi.
“Suriyadakı sosialist dostu və müəllimi Menahem Begindən öyrəndiyi terroru tətbiq etdi. Bu evlərə təcavüz etmək, qadın və qızların qaçırılması, mal və mülklərin sahiblərinin əlindən alınması, qadınların və uşaqların gözləri önündə ailə başçılarının parçalanması kimi cinayətlərdir.” (Hürriyət, 15 noyabr 1984)
Əsəd rejiminin 1982-ci ilin fevralında təşkil etdiyi bu əməliyyat qırğından başqa bir şey deyil. Əslində edilən bu hərəkət yeni bir hadisə də deyildi. Bundan iki il əvvəl də Suriyanın Hələb, Hama, Humus kimi böyük şəhərlərində evlər qarət olunmuş və bir çox yerdə kütləvi cinayətlər törədilmişdi. Suriyada mərhəmətsizliyi və vəhşiliyi ilə tanınan Rifat Əsəd etdiyi qırğın zamanı belə deyirdi:
“Nə edək, bombaları ilə vurun! İçindən atəş çıxmayan tək ev görmək istəmirəm.” (Cumhuriyyət, 6 mart 1982)
“Hama qırğınlarından sonra Rifat Əsəd məhv edilmiş şəhərin üzərində vertolyotla gəzərkən “Ən az beş il bəhrəsini görəcəyimiz üçün uğurlu bir əməliiyat etdik” demişdi.” (Hürriyyət, 13 noyabr 189984)
BƏƏS partiyasının quruluşu
BƏƏS partiyası İraq və Suriyada kommunist siyasi sistemi formalaşdırmışdır. Akademik, siyasi, hərbi və bürokratik heyətlər, qatı Stalinist partiya heyətlərindən təşkil olunmuşdur. BƏƏS partiyası ən kiçik təşkilatından ən yüksək təşkilatına qədər leninist üslub olan palata sisteminə malikdir. Fərqli palatalar bir-birlərinin namizədlərini tanımırlar və terror təşkilatına bənzər formalaşma nəticəsində İraqdakı müqaviməti də bu təşkilat idarə edir. Bunun sayəsində BƏƏS partiyası uzun illər boyu həm Suriyada, həm də İraqda xalqın və bürokratiyanın üstündə ağır təzyiq sistemi qurmuşdur.
BƏƏS partiyası əvvəlcə 1963-cü ildə İraqda qiyam edərək iqtidarı ələ keçirmişdir. Ardınca eyni il Suriyada qiyam edərək hakimiyyəti ələ keçirmişdir. Dövlətin başına da məşhur darvinist və kommunist ideoloq Salah əl Bitari gətirilmişdir.
Lakin Hafiz Əsədin ölümündən sonra oğlu Bəşər Əsədin hakimiyyətə keçməsi ilə Suriya yeni siyasi dövrə qədəm qoydu. Daha demokratik və modern mövqe nümayiş etdirən Suriya Türkiyə ilə də əlaqələrini gücləndirdi. Türk İslam Birliyini dəstəkləyən Əsəd bölgədəki bütün ölkələrlə dostluq əlaqələrinin qurulması istiqamətində siyasət yürütməyə başladı.
5.Misir- General Camal Əbdül Nasir Nasır
Camal Əbdül Nasir
Misirdə “Azad Zabitlər Komitəsi” adı altında 1952-ci ildə 9 zabitlə birlikdə qiyam etmiş, Kral Faruku devirmiş və 20 il boyu ölkəni şiddətə əsaslanan kommunist diktatorluqla idarə etmişdir. Ərəb Sosialist Hərəkatının qiyamçınamizədlərindəndir. Nasirizm adında darvinist-stalinist bir millətçilik ideologiyası inkişaf etdirmişdir. Namizədi olduğu Azad Zabitlər Komitəsi də kommunist bir təşkilatlanmadır, qiyamdan əvvəl və sonra Kommunist Partiya ilə çox yaxın münasibətlərdə olmuşdur. (https://marksist.com/ilkay_meric/nasirdan_chaveze_bonapartizm_cesitlemeleri.htm )
Nasir dövrü zorakılıq və zülm dövrüdür. Qurduğu kəşfiyyat təşkilatı vasitəsi ilə bütün müxaliflərini aradan qaldırmış, çox qısa vaxtda zalım bir diktatora çevrilmişdir
Nasir iqtidarı ələ keçirərkən dəstək aldığı böyük İslami cəmiyyət Müsəlman Qardaşlarıncəmiyyətdə çox sevilməsindən və güclənməsindən narahat olmuş, bu təşkilatı bağlamaq üçün uyğun zaman gözləmişdir. 1954-cü ildətələbələrin keçirdiyi bir etiraz aksiyasını fürsət bilib minlərlə təşkilat üzvünü həbs etdirmiş, qarşı çıxanları cəzalandırmaq üçün qurulan inqilab məhkəmələrində müsəlman qardaşların qabaqcıllarını ölümə məhkum etmişdir.
1956-cı ildə özünə saxta bir sui-qəsd təşkil etdirmiş və bu sui-qəsddən Müsəlman Qardaşlar Təşkilatını səbəbkar bilərək müsəlman xalq üzərində ciddi təzyiq sistemi qurmuşdur. Qiyamla birlikdə bütün partiyalar bağlanmış və yeni partiyanın qurulması qadağan edilmişdir. Özəl məscidləri və vəqf torpaqlarını dövlətləşdirmiş, dini təhsili demək olar ki, qeyri-mümkün hala gətirmişdir.
(https://misir.ihh.org.tr/insan/insan.html)
Nasir dövrü Misirin ən sadiq dostu Rusiya idi. Ordu, iqtisadiyyat, təhsil, universitetlər, mətbuat rus nəzarətinə keçmişdi. Kruşçev kimi liderlərin Misir səfərlərinin ardınca kommunist tətbiqatlar daha da artırdı.
Kommunist Rusiya ərəb millətçiliyinin kommunist qanunlara uyğun bir forma almasını istəyirdi. Misirdə ərəb ölkələrinə bu yöndə təsir etmə rolunu öhdəsinə götürmüşdü.
Nasir dövründə təhsil-tədris planında kommunist və darvinist dünyagörüş ön plana çıxmışdı. Misir rus agentləri ilə dolu idi. Xüsusilə 1962-ci ildən etibarən Nasir tərəfindən dilə gətirilən kommunist ifadələr geniş yayılmağa başladı. Milli Birlik Partiyasının adı Ərəb Sosialist Birliyinə çevrildi. Nasir sovetlərdən gələn istəklə həbsdəki bütün kommunist quldurları bağışlamış, Misir mətbuatını bu şəxslərin nəzarətinə vermişdi.(https://akintarih.com/yazilar/milletvezaman.htm)
Kommunist Rusiyanın nəzarətinə keçən Misir mətbuatı uzun illər boyu İslam dininə, İslam alimlərinə və İslam camaatlarına qarşı çox böyük hücum, iftira kampaniyası təşkil etmişdir. Əkinçilik məhsulları pul yardımı və yüksək miqdarda silah satışı qarşılığında sovetlərin nəzarətinə verilmişdir. Nasir SSSR-in ən yüksək dərəcəli fəxri medallarından olan və milyonlarla insanı vəhşicəsinə qətl edən kommunist lider Stalinə də verilən Sovetlər Birliyi Qəhrəmanı medalının da sahibidir.
1965-ci ildə tək namizəd olaraq seçkilərdə iştirak edən Nasir şiddət və təzyiq altında reallaşan, şübhəli bir seçimin nəticəsində səslərin yüzdə 99-nu aldıqdan sonra Müsəlman Qardaşlar Cəmiyyətinə qarşı təzyiqini daha da artırdı. Çox saylı İslam alimi həbs olundu, edam edildi. Həsən əl-Bənna, Seyid Qütüb, Muhəmməd Qütüb, Əbdülqadir Udeh kimi İslam alimləri edam edildi. Minlərlə müsəlman işgəncə gördü, həyatını itirdi. O dövrdə həbs olunan müsəlmanlar ancaq Nasirin ölümündən sonra həbsdən çıxa bildilər. Nasirin kommunist diktatorluğu altında 50.000 Müsəlman Qardaşlar Cəmiyyəti üzvü zindanlarda ağır işgəncə gördü. Onun dövrü bir çox müsəlman tarixçi tərəfindən Mussolini İtaliyasına bənzədilir.
Nasir dövründə Misir İsrail ilə ikiböyük müharibə apardı. Qəzza və Sinayın İsrailə təslim edildiyi Altı Gün müharibəsində Nasirin müsəlmanlara xəyanət etdiyi bir çox tarixçi tərəfindən bugün açıq bir şəkildə dilə gətirilir.
Nasir mətbuatla yanaşı, məhkəmə sisteminə də kommunist və qiyamçı heyətlər yerləşdirmişdir. 1969-cu ildə Misir Məhkəməçilər Kulubundan çıxan rəhbərliyə meyilli təndiqlərin üzərindən –daha sonra hüquq qırğını olaraq adlandırılacaq bir qərarla – nasir rejimi tərəfindən yüzlərlə yüksək məhkəmə üzvü hakim vəzifəsindən uzaqlaşdırılmış və boşalan yerlərə kommunist heyətlər yerləşdirilmişdir.
Nasirdən sonra Misirdə dəyişən bir şey olmadı.
Müsəlman Qardaşlar Cəmiyyəti və islami camaatlar hər zaman çox güclü olmuş, bununla birlikdə həmişə çox böyük təzyiqlərlə qarşılaşmışdırlar. Lakin xüsusilə 1970-ci illlərdən etibarən İslami şüurun çox böyük bir yüksəliş göstərdiyi Misirdə Nasirə qarşı çox güclü bir islami müqavimət ortaya çıxmışdır.
Nasirin 1970-ci ildə vəfat etməsindən sonra Ənvər Sədat prezident seçildi. Sədat başlanğıcda daha mülayim bir siyasət izləmiş, kommunist Rusiyanın ölkəsindəki təsirini azaltmış, Qərbə meyilli bir siyasət izləmişdir. Lakin daha sonra o da eynilə Nasir kimi müsəlmanlara meyilli zülmə və şiddətə müraciət etmişdir.
Konstitusiyada dəyişikliklər etmiş, özünün səlahiyyətlərini genişlədərək eynilə Nasir kimi ölkənin tək liderinə çevrilmişdir
.
Sədat 1981-ci ildə öldürüldü. Onun ardınca Hüsnü Mübarək prezident seçildi. Hələ də bu vəzifəsinə davam edən Mübarək şiddət və zülmdə digər misirli liderlərdən irəli getdi. Yeni qanunlar çıxararaq müsəlmanlara istiqamətli təzyiqini rəsmi terrora çevirən Hüsnü Mübarək Müsəlman Qardaşlara və digər islami camaatlara yönəlmiş təzyiqini həbslər, işgəncələr davam etdirdi.
Darvinist-stalinist diktator Nasirin şəhid etdiyi iki böyük islam alimi
Hasan əl-Bənna: Müsəlman Qardaşlar Camaatının qurucusu olan Həsən əl-Bənna bütün İslam ümməti üzərində çox dərin təsiri olan, çox böyük İslam alimidir. Atası hədis alimidir, özü də çox mühüm hədis əsərləri qələmə almışdır.
İngilislərin müsəlman Misir xalqına qarşı törətdiyi cinayətlər qarşısında müqavimət yaratmaq üçün Müsəlman Qardaşlar Cəmiyyətini qurdu. Bütün həyatını insanları islam əxlaqına dəvət etmək üçün cəhd edərək keçirdi. Kənd, qəsəbə bilmədən gəzib Cəmiyyətin şöbələrini açdı və Misirdə islami şüurun yaranmasında çox böyük bir vəzifəni yerinə yetirdi. 12 fevral 1949-cu il tarixində Kral Farukun köməkçiləri tərəfindən silahlı hücuma məruz qaldı. Yatdığı xəstəxanada müalicə alması yenə Kralın əmri ilə əngəlləndi və şəhid oldu.
Seyyid Qütüb: 20-ci əsrin ən böyük və mühüm mütəffəkirlərindən biridir. İslam inancını izah edərkən, kommunist Misir liderlərinin bütün əziyyət və təzyiqlərinəsəbir etmiş, bu yolda şəhid olmuş dəyərli islam alimidir. Həyatının ilk mərhələsində sosialist düşüncədə olan Seyyid Qütüb sonradan islamı bütün qəlbi ilə mənimsədi və keçmişini cahilliyyə dövrü olaraq təsvir etdi. Müsəlman Qardaşlar Camaatının bir üzvü idi. 1954-cü ildə həbs olundu və illərlə Nasir rəhbərliyinin çox ağır işgənclərinə məruz qaldı. İllərlə həbsdə qaldı və ağıla gələ biləcək hər cür işgəncəyə məruz qaldı. Onu yolundan heç bir şəkildə döndürməyən kommunist quldurlar bu dəfə gözləri önündə qohumlarına, bacısına, anasına işgəncə verdilər. Seyyid Qütüb Nasir tərəfindən 1966-cı ildə edam edildi və bu şəhadət bütün İslam dünyasında çox böyük bir etirazın yaranmasına səbəb oldu. Böyük əsəri “Fi Zilalil Quran” çox mühüm bir Quran təfsiridir. Özündən sonra müsəlman mütəffəkirlərin və camaatların üzərində çox böyük bir təsiri olmuşdur.
Əhməd Ben Bella
6.Əl-Cəzair - Əhməd Ben Bella
Əl-Cəzairin Fransadan müstəqilliyini qazanmasının ardınca iqtidara gəlmişdir. Daha əvvəl fransız ordusunda legioner olaraq xidmət etmiş və Fransada darvinist materialist təlim almışdır. Sovet İttifaqı qəhrəmanı fəxri adını qazanmışdır. Rəhbərliyi dövründə kommunistləri yuxarı vəzifələrə yerləşdirmişdir.
7.Tunis – Həbib Burgiba
Rütbəli bir mason olan Həbib Burgiba iqtidarı boyu müsəlman Tunis xalqının deyil, fransız böyük lojasının mənfəətlərini ön planda tutdu.
Həbib Burgiba uşaqlığından bəri fransızların nəzarətində olmuş, darvinist təlimdən keçmiş və Fransada Sarbon Universitetində hüquq və siyasət təhsili almışdır. Tunisə qayıtmasından sonra xalqı üsyana təşviq edən Burgiba bu arada fransız işğalçılarının tunisli müsəlmanları yox etmələri üçün lazım olan şərtləri meydana gətirirdi. Müstəqillikdən sonra Burgiba Tunis prezidenti seçildi, lakin mövqeyini birdən-birə dəyişdirərək islam əleyhdarı bir siyasət izləməyə başladı.
Tunisin simvolu olan Zeytunə Universiteti başda olmaqla islami təhsil qurumlarını bağlatdırdı. Məscidləri nəzarət altına alaraq müəyyən saatlardan başqa namaz qılınmasını qadağan etdi. Minlərlə müsəlmanı həbs etdirərək həbsxanalarda ağır işgəncələrə məruz qoydu. Minlərlə müsəlman Həbib Burgiba dövründə həyatını itirdi.
8.Yəmən – İman Əhməd
Cənubi Yəmən əvvəllər İngiltərə tərəfindən idarə edilərkən Qərbə meyilli ölkə idi. Sonradan Sovet mütəffiqinə çevrildi. Şimali Yəmən isə 1962-ci ilə qədər darvinist və materialist olan İman Əhməd adlı diktatorun hakimiyyətində idi.Ölkədəki qəbilələrdənyüksək vergilər alan İmam Əhməd onları nəzarət altında saxlamaq üçün hər qəbilənin öndə gələn bir neçə ismini o qəbilənin çıxara biləcəyi labüd bir üsyanın qarşısını almaq üçün sarayında girov saxlamışdır. Xarici gəzintilərə belə bu şəxsləri yanında aparmışdır.
Rza Şah Pəhləvi
Pəhləvi xanədanı İranda darvinist bir cəmiyyət yaratmağı hədəf götürmüşdür.
9.İran şahı- Pəhləvi Xanədani
Rza Şah Pəhləvi 1920-ci ildə bolşeviklərin dəstəyi ilə qurulan İran Sovet Sosialist Respublikasını Rusiyada təhsil almış partizanların və ingilislərin dəstəyi ilə devirib ordunun başına keçdi. 1925-ci ildə özünü şah elan edib Pəhləvi xanədanını qurdu. İngilislərin İran üzərindəkimənfəətlərini qorumağı əsas həfədi olaraq görən Rza Şah Pəhləvinin hakimiyyəti dövründə müsəlmanlar çox böyük təzyiqlərlə qarşılaşdılar. İslami təhsil müəssisələri bağlandı. Darvinist təhsil sisteminə keçildi. İslami paltarlar və qadınların örtülmələri qadağan olundu, ordu avropasayağı təşkil olundu. 1960-cı illərin əvvəlində ingilislərin yerini ABŞ aldı. ABŞ tərəfindən dəstəklənən vəliəhd Muhəmməd Rza Pəhləvi hakimiyyətə gəldi. Pəhləvinin müsəlmanlara olan təzyiqi artdıqca xalqın müqaviməti də gücləndi. Pəhləvinin 65.000 nəfərlik gizli Savak təşkilatı çox böyük qırğınlar törətdi. Nümayiş keçirən tələbələrin üzərinə atəş açıldı. Minlərlə şəxs həyatını itirdi.
Nəticə:
Türkİslam Birliyi Allah’ın izni ilə, İslamın Qızıl Əsrinə səbəb olacaq.
Müsəlman ölkələr 20-ci əsrdə İslam əxlaqı ilə idarə edilməmişdir. Yazı boyu verdiyimiz nümunələrdə də görünür ki, rəhbərliklər darvinist, kommunist və totalitardır. Əsgəri heyətlər kommunist təlimdən keçmişdir. Yəni müsəlman olmalarına baxmayaraq, Sovet İttifaqı və ya Şərq Bloku ölkələrindən hərhansı bir fərqləri yoxdur. Bölgənin geridəqalmışlığının səbəbi də illərdir ki, darvinist-materialist çevrələrdə təlqin edilməyə çalışıldığı kimi İslamiyyət deyil, bu kommunist zehniyyət səbəbindən İslam əxlaqının yaşanmamasıdır. Bugün ərəb dünyasında rəhbərliyi əlində saxlayan heyətlər və xalq bu darvinist-kommunist təlimin təsirindən yenicə xilas olur. Türkiyənin Baş Naziri Tayyib Ərdoğanın Davos Zirvəsində Fələstin xalqına göstərdiyi himayədar və xilaskar mövqeyi və bunun ardınca ərəb dünyasının Osmanlıya və İslam əxlaqına duyduqları həsrəti müxtəlif səbəblərlə dilə gətirmələri bunun açıq bir nümunəsidir.Aydındır ki, darvinizmin təxminən 150 il davam edən hakimiyyətinin sona çatması vəiddialarının çürüdülməsinin ardınca bütün dünyada olduğu kimi ərəb dünyasında da imani bir oyanış başlamışdır. Bunda hörmətli Adnan Oktarın “Yaradılış Atlası” adlı darvinizmin saxtakarlıqlarını, etibarsızlıqlarını ortaya qoyan və darvinizmin təsirini qıran qiymətli əsərin və milyonlarla ədəd digər əsərlərinin təsiri böyükdür.
21-ci əsrdə darvinizmin və darvinist diktatorluğun devrilməsi ilə İslam dünyasında başlayan bu oyanış Allah’ın icazəsi ilə Türk İslam Birliyi ilə nəticələnəcək. Qədərdə Allah’ın müəyyən etdiyi vaxt gələndə İslam əxlaqı bütün dünyaya hakim olacaq və İslam aləmində Peyğəmbərimizin (səv) hədisləri istiqamətində yüzlərlə ildir ki, gözlənən İslamın Qızıl Əsri başlayacaq.
Allah’ın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allah’ın dininə girdiklərini gördükdə, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (“Nəsr” surəsi, 1-3)
[i]Robert M. Young DARWINIAN EVOLUTION AND HUMAN HISTORY, Historical Studies on Science and Belief, 1980
[ii]Alan Woods and Ted Grant. "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London, 1993
[iii]Alex de Jonge, Stalin and The Shaping of the Soviet Uninon, William Collins Sons & Limited Co., Glasgow, 1987, s. 22
[iv]Mehnert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt, 1977
[v] Sosyal Bilimler Ansiklopedisi, Risale Yayınları: 1/111-112.
Ərəb Kommunizminin ideoloqları
Faşizminin öncüllərindən biri məşhur irqçi alman filosofu Yohann Qotlib Fixte (Johann Gootlieb Fichte)
· Ərəb sosializmi alman Yohann Qotlib Fixte və fransız Ogüst Kont (Auguste Comte) kimi darvinist və materialist olan 19-cu əsr filosoflarının təsiri altında inkişaf etmişdir.
Tanınmış ateist Fransız düşünür Auguste Comte
· Ərəb kommunizminin qurucusu olan Mişel Aflaq (Michel Aflaq) Suriyalıdır. Anası musəvi, atası isə xristiandır. Fransada marksist təhsil almış, ardınca da 1930-cu illərdə darvinizmin və kommunizmin qalası olan Sarbon Universitetində oxumuşdur. 1943-cü ildə Aflaq tərəfindən Suriyada qurulan BƏƏS partiyasının ilk konstitusiyası da yenə onun tərəfindən hazırlanmış və bu konstitusiya marksist və dindən kənar düşüncələr üzərində qurulmuşdu. Konstitusiyada din kəlməsi belə istifadə edilməmişdi. 1953-cü ildə Ərəb Sosialist Partiyası ilə birləşdi. Beləliklə, adı Ərəb Sosialist BƏƏS partiyası oldu. Partiya darvinist, marksist, sosialist qanunlar üzərində qurulmuşdu. Daha sonra Livan, İordaniya, Cənubi Yəmən, İraq və Liviya başda olmaqla bütün ərəb ölkələrində təşkilatlanmış, bəzilərində gizli, bəzilərində isə açıq fəaliyyətə başlamışdır. Suriyada Təhsil Naziri vəzifəsində xidmət etmişdir. Suriyadan sonra İraqa sığınan Aflaq Səddam Hüseyini ortaya çıxaran və ideologiya olaraq yetişdirən və iqtidara gətirən şəxdir. İraq BƏƏS Partiyasının da qurucularındandır və rejimin ideoloqlarındandır. Öldüyü 1989-cu ilə qədər İraq BƏƏS partiyasının sədr köməkçisi vəzifəsini davam etdirmiş, ölümünün ardınca Səddam Hüseyn tərəfindən müsəlman elan edilərək adına bir türbə inşa etdirilmişdir. Lakin yeni İraq rəhbərliyi bu türbəni sökdürmüşdür.
· Əli Saleh Əl-Səədi isə İraq BƏƏS Partiyasının ideoloqlarındandır və partiyanı kommunist-stalinist bir sistemə çevirmişdir.
· Suriya BƏƏS Partiyasının ideoloq və qurucularından Zəki əl Ərsuzi də Sarbon Universitetində fəlsəfə bölməsində təhsil almışdır. Satial Husri kimi ideoloqlar da dövrün nasist-alman irqçiliyinin təsiri altında idilər.
[i] Sosyal Bilimler Ansiklopedisi, Risale Yayınları: 1/111-112.
Cənab Adnan Oktarın ərəb ölkələrində hakim olan darvinist-materialist fikir sistemi ilə bağlı açıqlamaları
“Bunlar bütün İslam ölkələrinəqol-budaq atıblar. Camal Əbdül Nasir Misirdə. Kommunistlərin nəzarətinə keçmişdi Misir. İraq stalinistlərin əlinə keçmişdi. Səddamın təsiri ilə. Suriya Hafiz Əsəd vasitəsi ilə yeni stalinistlərin əlində idi. Yəmən kommunistlərin əlinə keçmişdi. Fələstin onsuzda kommunistlərin məktəbi idi, yəni təhsil düşərgəsi idi kommunistlərin. Bütün İslam aləminə darvinizmi yaymışdılar. Rəvayətdə bildirilən də odur.“Sarıqlı yetmiş min din alim Dəccalın təsirinə düşəcək. Yəni kommunist, darvinist və materialist olacaqlar və müsəlmanları dinsizliyə, imansızlığa yönəldəcəklər” şəklində bir hədis var. Bu kommunist din alimlərinə yönəlmiş bir işarədir eyni zamanda." (Cənab Adnan Oktarın 22 mart 2009-cu il tarixində Kanal 67-də verdiyi canlı reportajdan)
"“Ümmətimdən başı sarıqlı yetmiş min alim dəccala tabe olacaqlar."
(İman Əhməd İbn Hanbəl, Müsnəd, s. 796)
Misir rəhbərliyinin Qəzza mövzusundakı mövqeyinin səbəbi darvinizmdir
Uzun müddətdir ki, Qəzzada çətin şəraitdə yaşayan Fələstin xalqına Türkiyənin də iştirakı ilə kömək edildi. İngiltərənin paytaxtı Londondan yola çıxan 500 nəfərlik Azadlıq Konvoyu Fransa, İtaliya və Yunanıstandan Türkiyəyə gəldi. Bir araya gələn konvoy Türkiyədən səfərə davam edərək Misir üzərindən Qəzzaya keçəcəkdi. Lakin Misir hökumətinin əngəlləmələri konvoya böyük çətinlik yaratdı. 500 nəfərlik qrupun yalnız tək bir yoldan və türk bayraqları ilə keçməsinə icazə verən Misir hökuməti sərhəddə bu qərarından da imtina etdi və konvoy Əl Ariş limanında günlərlə gözlədildi. Ardınca rəhbərliyin əmri ilə limanda gözləyən konvoya çətinlik yaradan, pasportları götürən Misir polisi Türkiyə Xarici İşlər Nazirliyinin cəhdi ilə bir az yumşaldı. Lakin bir neçə gün sonra mülki formada 100 Misir polisi tərəfindən daşlanan və yeni Misir polisi tərəfindən gözyaşardıcı qazla hücuma məruz qalan konvoyda təxminən 40 nəfər yaralandı. Misir rəhbərliyi yaralananların xəstəxanaya getməsinə belə icazə vermədi. Yaralılara müdaxilə, ancaq əldəki imkanlarla edilə bildi. 20 gün boyu Misir rəhbərliyi tərəfindən əngəllənən konvoy Türkiyədən gələn deputatların, siyasətçilərin və bürokratların cəhdləri ilə Qəzzaya ancaq qısa bir müddət üçün girmək icazəsi ala bildi.
Bu hərəkət olduqca düşündürücü bir həqiqəti təkrar göstərir. Beynəlxalq təkamül konfransına ev sahibliyi edən ilk müsəlman ölkə olan Misirin Qəzzaya köməyi əngəlləmək yönündəki bu diqqətçəkici və təəccübləndirici hərəkəti ölkədəki darvinist mərkəzlərin fəaliyyətləri ilə şübhəsiz ki, yaxından əlaqəlidir.
Misirdə illərlə davam edən darvinist diktatorluq
1950-ci və 60-cı illərdə ərəb dünyasına dərindən təsir edən “ərəb sosializmi” ifrat millətçiliyi fanatik üçüncü dünya solçuluğu ilə birləşdirən, əsas olaraq da dövrün kommunist Sovet İttifaqından dəstək almış bir hərəkətdir. Qatı ərəb millətçiliyi ilə birləşən ərəb sosializmi əvvəl Misirdə iqtidara gəlmişdir. Misir kralını devirən zabitlər arasından Camal Əbdül Nasir qısa zaman ərzində müsəlman xalqa təzyiq edən bir rəhbərlik anlayışı ortaya qoymuşdur. Suriya və İraq Misirin bu siyasətini izləmiş və bütün ölkələrdə solçu rejimlər qanlı inqilablarda iqtidarı ələ keçirmişlər.
Ərəb sosialistlərinin proqramında sülh, rahatlıq və hüzur mühiti kimi anlayışlar yoxdur. Əksinə marksist və darvinist ideologiyanın təməlindəki “qarşıdurma” mühiti onlar üçün daha əhəmiyyətlidir. Bu mühit içində o illərdə ərəb dünyasındakı gərginlik getdikcə artmışdır.
Misirdə General Əbdül Nasir “Azad Zabitlər komitəsi” adı altında 1952-ci ildə 9 zabitlə birlikdə qiyam etmiş, Kral Faruku devirmiş və 20 il boyu ölkəni şiddətə əsaslanan bir kommunist diktatorluqla idarə etmişdir. Nasir Ərəb Sosialist Hərəkatının qiyamçı üzvlərindəndir. Nasirizm adında darvinist-stalinist bir millətçilik ideologiyası inkişaf etdirmişdir. Üzvü olduğu Azad Zabitlər Komitəsi də kommunist bir təşkilatlanmadır, qiyamdan əvvəl və sonra da Kommunist Partiya ilə çox yaxın münasibətlər qurmuşdur.
Nasir dövrü zorakılıq və zülm dövrüdür. Nasir qurduğu kəşviyyat təşkilatı vasitəsilə bütün müxaliflərini aradan qaldırmış, çox qısa müddətdə zalım diktatora çevrilmiş, darvinist sistemin bütün azğınlığını dövlət işlərində tətbiq etmişdir. Nasir dövründə təhsil sistemində də kommunist və darvinist fikirlər üstünlük təşkil etmişdir. Xüsusilə 1962-ci ildən etibarən Nasir tərəfindən dilə gətirilən kommunist ifadələr geniş yayılmışdır. Milli Birlik Partiyasının adı Ərəb Sosialist Birliyinə çevrilmişdir. Nasir dövrün kommunist Sovetlərindən gələn istəklə həbsdəki bütün kommunist quldurları bağışlamış, Misir mətbuatını bu şəxslərin nəzarətinə vermişdir.
Kommunistlərin nəzarətinə keçən Misir mətbuatı uzun illər boyu İslam dininə, İslam alimlərinə və İslam camaatlarına qarşı çox böyük hücum və iftira kampaniyası təşkil etmişdir. Nasir SSSR-in ən yüksək dərəcəli fəxri medallarından olan və milyonlarla insanı vəhşicəsinə qətl edən kommunist lider Stalinə də verilən Sovet İttifaqı Qəhrəmanı medalının da sahibidir. 1965-ci ildə tək namizəd olaraq seçkilərdə iştirak edən Nasir təzyiq və şiddət altında reallaşan, şübhəli bir seçimin nəticəsində səslərin 99%-ni aldıqdan sonra Müsəlman Qardaşlar Cəmiyyətinə qarşı təzyiqini daha da artırmışdır. Çox sayda İslam alimi həbs olunmuş, edam edilmişdir. Həsən-əl Bənna, Seyyid Qütüb, Muhəmməd Qütüb, Əbdülqadir Udeh kimi İslam alimləri edam edilənlər arasındadır. Minlərlə müsəlman işgəncə görmüş, şəhid edilmişdir. O dövrdə həbs olunan müsəlmanlar ancaq Nasirin ölümündən sonra həbsdən çıxa biliblər. Nasirin kommunist diktatorluğu altında 50.000 Müsəlman Qardaşlar Cəmiyyəti namizədi zindanlarda ağır işgəncə görmüşdür. Onun dövrü bir çox müsəlman tarixçi tərəfindən Mussolinin İtaliyasına bənzədilir.
Nasir dövründə reallaşan və Sinanın İsrailə təslim edildiyi Altı Gün müharibələrində Nasirin müsəlmanlara xəyanət etdiyi bir çox tarixçi tərəfindən bugün açıq bir şəkildə dilə gətirilir.
Nasirdən sonra Misir dəyişildimi?
1970-ci illərdən sonra islami şüur Misirdə böyük bir yüksəliş göstərsə də, ölkə rəhbərliyindəki darvinist hakimiyyət sona çatmamışdır. Nasirin ardınca hakimiyyətə gələn Ənvər Sədat da əvvəllər mülayim kimi görünsə də, eynilə Nasir kimi müsəlmanlara zülüm və təzyiq göstərməkdə geri qalmamışdır.
İndi həmin darvinist diktatorluğun Misirdə sona çatdığını iddia etmək isə olduqca çətindir. İllərlə darvinist, marksist və kommunist ideologiya ilə idarə edilmiş, uşaqlarını darvinist təhsil ilə yetişdirmək məcburiyyətində qalmış Misir xalqının bir qismi hələ darvinisit diktatorluğun təzyiqi altındadır. Misir rəhbərliyinin bir qismi üzərində təsirli olan darvinist, kommunist ideologiyanın son dövrlərdəki ən konkret təzahürlərindən biri fələstinli məzlum dindar qardaşlarımıza ediləcək təcili yardımın səbəbsiz olaraq əngəllənməyə çalışılmasıdır. Bu, zəiflərin yox olması məntiqinin dayaq nöqtəsi olan darvinizmin gətirdiyi şiddətli və böyük bir bəladır. Məlum olduğu kimi, bu azğın məntiq 1-ci və 2-ci Dünya Müharibələrində 350 milyondan çox insanın ölümünə və şəhid edilməsinə səbəb olmuş və milyonlarla insanın aclıq, səfalət, qorxu və dəhşət içində yaşamasına yol açmış darvinizmə əsaslanır. Fələstin xalqı aclıq, yoxsulluq və ağlasığmaz sıxıntılar içində ikən qadınlar və uşaqlar yemək və dərmana möhtac ikən, edilən bu insani yardıma mane olmaq cəhdləri darvinizm bəlasının nə qədər qorxunc ölçülərə çata bildiyini açıq-aşkar göstərir.
Keçmişdə Misirə hakim olan darvinist-kommunist diktarorluğun təsirini itirməməsini istəyən darvinist dairələr məlum olduğu kimi, bu ölkədə beynəlxalq təkamül konfransı təşkil etmişlər. Həmin konfransın Misirdə reallaşdırılmasının məqsədi isə şübhəsiz ki, darvinistlərin öz yanlış məntiqləri ilə bu yanlış əqidəni müsəlman ölkələrdə yenidən “qəbul etdirməkdir”. İştirakçıların özlərinin də açıq şəkildə dilə gətirdikləri kimi başda müsəlman ölkələr olmaqla bütün dünyada cənab Adnan Oktarın (Harun Yahya) fəaliyyətlərindən sonra təkamül saxtakarlığının tamamilə çökdüyühər kəsə məlumdur. Məhz darvinistləri keçmişdə darvinist diktatorluğun rəhbərliyinin hakim olduğu ölkələrdən biri olan Misirə yönəldən şey bu böyük və köklü yenilmədir, məğlubiyyətdir.
Lakin burada bunu da xatırlatmaq lazımdır: Misir rəhbərliyi üzərində nə qədər darvinist diktatorluğun təsir görünsə və buna görə bəzi insanlıqdan kənar tətbiqatlara baş vurulsa da, bütün dünyada olduğu kimi Misirdə də böyük islami inanc vardır. Misir xalqı darvinizm fitnəsinin böyüklüyünü, təkamül saxtakarlığının ölçülərini, həm özlərinə təqdim edilən açıq elmi dəlillərdən həm də keçmişdə yaşadıqları zülm sistemindən dolayı artıq çox yaxşı anlayır. Bu böyük oyanışdan sonra Misir xalqının uca Rəbbimizə olan imanları güclənmiş və Quran əxlaqına olan bağlılıqları artmışdır. Allah’ın icazəsi ilə bütün dünya ölkələri kimi Misir də çox yaxında darvinizm fitnəsindən tamamilə təmizlənəcək.
Allah’ın icazəsi ilə hz. Mehdinin (əs) gəlişi ilə dünyada davam edən zülmsistemindən əsər-əlamət qalmayacaq. Bolluq və bərəkətin hakim olduğu bu dövrdə Fələstin xalqı bütün çətinliklərdən xilas olacaq, Fələstin də, İsrail də, Misir də rahatlıq, hüzur və bolluq içində yaşayacaq. Hz. Mehdi (əs) dövrü Allah’ın icazəsi ilə darvinizm fitnəsinin tamamilə aradan qalxdığı, müharibələrin, qorxuların, zülm və haqsızlıqların tamamilə sona çatdığı dövr olacaq.
Cənab Adnan Oktarın açıqlamalarından:
Aparıcı: Fransadan Mert Aslanın sualı var. Adnan müəllim, Qəzza konvoyu Türkiyənin cəhdləri ilə Misirə girə bildi. Bu hadisəyə münasibətiniz nədir?
Adnan Oktar: Halal olsun deyirəm. Lakin belə bir mövzu niyə mövcuddur ki? Yəni çox qəribədir. Fələstinli qardaşlarımız onsuzda çox çətin vəziyyətdədir. Hamilə analar var. Uşaq dünyaya gətirmiş analar var. Balaca uşaqlar var. Onsuzda ac, səfil, pərişandırlar. Bunlara dərman verilməlidir. Yemək verilməlidir. Biz silah, bomba verilsin demirik ki. Kitab verilsin, paltar, geyim verilsin. Bu mövzuda heç bir problem çıxmasın istəyirik.
O tunellərlə bağlı hadisələr də həll olunsun, o tunelləri açsınlar, qanuni bir şəkildə həll edilsin, nə istəyirlərsə götürsünlər. Onsuzda pis bir hadisə də olmaz, yəni getdikcə yaxşıya doğru gedir. Fələstinlə İsrailin də arası düzələcək. Çünki biri İsmailoğulları, hz. İbrahimin oğullarından İsmailoğulları, biri də Yaquboğulları. Yəni hər ikisi də eyni Allah’a inanırlar. Tək Allah’a inanırlar. Eyni peyğəmbərlərə inanırlar, keçmiş peyğəmbərlər olaraq. Əlbəttə ki, onlar hz. Muhəmmədə tabe deyillər, lakin musəvilərin belə gözəl, yaxşı xüsusiyyətləri var. Xristianlar kimi deyillər. Bəzi xristianlar müsəlmanları kafir olaraq görürlər. Bu yanlışdır. Hətta Dəccal tərəfdarları olaraq görürlər. Musəvilər haqq əhli olaraq görürlər müsəlmanları. Yəni Bən-i Nuh olaraq görürlər. Hətta böyük əksəriyyəti də Quranı haqq qəbul edir. Yəni haq doğru kitabdır deyirlər. Amma biz musəviyik deyirlər. Yəni Allah bizə Tövratı qorumaq vəzifəsini verdi, lakin Quran da haqdır deyirlər. Hz. İsanın (əs) dövründə onsuzda hamısı müsəlman olacaq. Hz. İsanın (əs) gəlişinə də çox az vaxt qalıb. Onların narahat olacaqları heç bir şey yoxdur. Belə ki, fələstinlilərlə, ərəb qardaşlarımızla, oradakı qardaşlarımızla musəvilərin arasını düzəltmək onların hüzur içində yaşaması üçün çox vacibdir. Bu mövzuda Türkiyə çox gözəl cəhd edir. Türkiyə hər yeri sülhə, sevgiyə, dostluğa, demokratiyaya, qardaşlığa çəkir. O yönü ilə Türkiyəmizi təbrik edirəm. Millətimizi təbrik edirəm. Allah onları hər yerdə belə öncül və gözəlliklərinin sahibi olaraq yaradır. Türk İslam Birliyinin təbii lideri olduğunu bir daha gördükmü? Başqa ölkələr bunu edə bildimi? Edə bilmədi. Kim etdi? Türkiyə etdi. Niyə? Sevilən ölkə olduğu üçün. Sevilən millətdir ona görə.
Oktar Babuna: Bununla bağlı yeni xəbərlər var. Sizin dediyiniz kimi, Türkiyənin çox güclü bir ölkə olduğu yönündədir xəbərlər. “Fələstin birləşsin bayram edək”, - deyib Baş Nazirimiz.
Adnan Oktar: Kim deyib?
Oktar Babuna: “Fələstin birləşsin bayram edəcəyik” deyib Baş Nazir Rəcəb Tayyib Ərdoğan.
Oktar Babuna: Fələstin Baş Naziri Mahmud Abbas ilə söhbətində deyib bunu.
Aparıcı: Hə, müəllim, bu mövzu ilə bağlı bir sual var.
Aparıcı: İstəsəniz, gözəl açıqlamanızdan əvvəl mən sualı yönəldim hamısını bir cavablandırın.
Adnan Oktar: Buyur
Aparıcı: Ankaralı Hülya Ayyılmaz sualı var: “Fələstin Prezidenti Mahmud Abbas və Baş Nazir Ərdoğanın bir yerə gəlməsi sizin üzərində durduğunuz mühüm mövzuların danışılmasına vəsilə oldu deyə düşünürəm. Ərdoğan bu söhbətdə “siz Fələstinlilər öz aranızda birləşdiyiniz zaman,ixtilaflarınızı aradan qaldırdığınız zaman biz burada bayram edəcəyik” deyib. Siz müsəlmanların bir olmalarının vacib olduğuna, xüsusilə daxili qarşıdurmaların dayandırılmasının çox mühüm olduğuna daha əvvəl toxunmuşduq. Bu mövzunun təkrar gündəmə gəlməsi çox mühüm nailiyyətdir deyə düşünürəm, siz nə deyirsiniz?”
Adnan Oktar: Hə, əlbəttə ki, çox gözəldir. Fələstində torpaq bölünmələri var. Ayrı-ayrı, çox kiçik parçalar halındadırlar. Onlar birləşməlidirlər. Çünki çox vacibdir, Allah uzaq eləsin, Konya bizdən ayrı olsa necə olar? Hamısını birləşdirmək lazımdır. İkincisi də mənəvi bölünmə aradan qalxmalıdır.
Adnan Oktar: Bəli, Fələstin Qurtuluş Təşkilatı. Birləşməlidirlər. Çünki Allah’ımız bir, kitabımız bir, dinimiz bir, qardaşıq biz.
Hətta irq olaraq da birdirlər, hamısı İsmailoğullarındandırlar, belə ki bölünmə aradan qalxacaq əlbəttə. Amma birləşmə bu problemi həll etməz, nə olmalıdır bəs? Türki İslam Birliyi qurulmalıdır. Tək çıxış yolu budur. Türk İslam Birliyi olmadan, Fələstin birləşsə də, fitnə aradan qalxmayacaq, qarışıqlıq bitməyəcək. Birləşmə heç bir şeyi həll etməz. Hətta daha da başqa hadisələr meydana gətirə bilər və birləşməsindən də bir bərəkət çıxmaz.
Adnan Oktar: Tək həll yolu Türk İslam Birliyidir.Türk İslam Birliyi Türkiyənin liderliyində bölgədə böyük bir dəyişikliyin olmasına və bu gözəllikdə də Avropa Birliyinə girməyimizə səbəb olacaq. Avropa Birliyi də bizim Türk İslam Birliyimizə daxil olacaq.
Adnan Oktar: Bəli, dünyanın sonu gözəl bitir. İnşaAllah.
(Cənab Adnan Oktarıb 7 yanvar 2010-cu il tarixli Çay Tv və Maraş Aksu Tv reportajından)